Makrona zərfdə kəsilmiş barmaq göndərilib
13-07-2023, 09:28
524

Makrona zərfdə kəsilmiş barmaq göndərilib

Fransa prezidenti Emmanuel Makrona zərfdə kəsilmiş barmaq göndərilib. 
Xarici KİV xəbər verir  ki, bu  barədə Yelisey sarayı məlumat yayıb. 
Bildirilir ki, iyulun 10-da Sarayın qəbul şöbəsinə poçtla məktub gəlib. Makrona ünvanlanan zərf açılan zaman içindən insan barmağı çıxıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibini tapıblar. Saray isə  zərflə bağlı məlumat verməkdən imtina edib.

Oxşar xəbərlər