Daha bir tanınmış futbolçu Ərəbistan klubuna keçdi
13-07-2023, 20:56
9 274

Daha bir tanınmış futbolçu Ərəbistan klubuna keçdi

Serbiyalı yarımmüdafiəçi Sergey Milinkoviç-Saviç "Latsio"dan Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubuna keçib.
Bu barədə Səudiyyə Ərəbistanından olan komandanın mətbuat xidməti məlumat yayıb  .
"Latsio" 40 milyon avro təzminat alacaq. Futbolçunun "Əl-Hilal"la müqaviləsi 3 mövsümdür. O, mövsümdə 20 milyon avro qazanacaq.
Milinkovic-Saviç "Latsio"ya 2015-ci ildə "Genk"dən keçib. Ötən mövsüm o, "Latsio"nun heyətində 47 matçda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt- ın məlumatına görə , serbiyalı futbolçunun bazar dəyəri 50 milyon avrodur.O, Serbiya millisinin heyətində altı qol və dörd məhsuldar ötürmə edib .
Daha əvvəl Əl-Hilalın Paris Saint-Germain forvardı Neymara 600 milyon avroya müqavilə təklif etdiyi bildirilirdi .

Oxşar xəbərlər