İsveçlə bağlı sənədin əleyhinə səs verməyə çağırdı
13-07-2023, 12:23
899

İsveçlə bağlı sənədin əleyhinə səs verməyə çağırdı

Türkiyənin "Vətən" Partiyasının lideri Doğu Perinçek Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatlarını İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyasının əleyhinə səs verməyə çağırıb. 
Bu barədə o, Tviterdə yazıb.
Perinçek qeyd edib ki, Şimali Atlantika Alyansı və ABŞ Türkiyə üçün təhdiddir.
“NATO-nun genişlənməsi Türkiyəyə qarşı təhdidləri daha da artıracaq. Parlament üzvlərinin borcudur ki, hökumətin İsveçin alyansa üzvlüyünü təsdiqləməsinə qarşı çıxsın və “yox” səsini versin”, - deyə partiya sədri yazıb.

Oxşar xəbərlər