Dünya
13-07-2023, 15:25
897
2024-də istilər yeni səviyyədə olacaq - Planetdə yanğınlar şiddətlənəcək
Alim 2024-cü ildə istilərin yeni səviyyəyə çata biləcəyi barədə xəbərdarlıq edib.
Xarici KİV xəbər verir ki, Oklend Universitetinin alimi Kevin Trenbert 2024-cü ildə bütün dünyada isti dalğasının yeni səviyyəni keçə biləcəyini açıqlayıb.
Bu il planetdə yüksək temperatur rekordları müşahidə edilir, xüsusən də dünyada indiyə qədər ən yüksək gündəlik temperatur iyulun əvvəlində qeydə alınıb.
İlkin təhlillər göstərib ki, qlobal orta səthin ən yüksək temperaturu keçən ay qeydə alınıb və Antarktidada dəniz buzunun həcmi bütün zamanların ən aşağı həddinə çatıb. Üstəlik, karbon qazı atmosferdə yığılmağa davam edir.
Tədqiqatçının fikrincə, anomal istilər quraqlığın artmasına və irimiqyaslı meşə yanğınlarına səbəb ola bilər. Ola bilər ki, gələn il havanın temperaturu əvvəlki səviyyədən 1,4 dərəcə yüksələcək.