Dişlərə zərər verməyən şirniyyat hazırlandı
13-07-2023, 16:59
6 440

Dişlərə zərər verməyən şirniyyat hazırlandı

ABŞ-da dişlərə zərər verməyən şirniyyat hazırlanıb.
Xarici mətbuat xəbər verir ki, Vaşinqton Universitetinin bir qrup alimi nəinki kariyesə, hətta həssas mina problemini həll etməyə kömək edən şirniyyatlar hazırlayıblar.
Bu şirniyyat diş mineralını təşkil edən kalsium və fosfat ionlarını tuta və yeni mineral mikrolaylar yaratmağa kömək edə bilər. Nəticədə sinirlər və qan damarları yeni bir qoruyucu təbəqə alır və dişlər artıq narahatlıq yaratmır. 

Oxşar xəbərlər