Dünya
14-07-2023, 15:08
1 194
"Belarusdan Ukraynaya qarşı heç bir işğal təhlükəsi yoxdur” - Zelenski
“Belarusdan Ukraynaya qarşı heç bir işğal təhlükəsi yoxdur”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Teleqram kanalında yazıb.
“Kəşfiyyat məlumatlarını və görülən tədbirləri nəzərə alsaq, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Budanovun hesabatına əsasən, Belarusdan heç bir işğal təhlükəsi yoxdur”, - deyə o yazıb.
Bundan əvvəl Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya cəbhənin Belarus istiqamətini gücləndirməyi tapşırmışdı. Polşa prezidenti Anjey Duda da bəyan edib ki, Varşava “Vaqner” qrupunun döyüşçülərinin bu ölkəyə gəlməsi ilə əlaqədar Belarusla sərhədi daha da möhkəmləndirməyə hazırlaşır.