Rusiyada son sutkada 587 nəfər koronavirusdan ölüb
17-12-2020, 12:40
182

Rusiyada son sutkada 587 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 28 214 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Bununla da Rusiyada COVID-19-a yoluxanların 2 762 668 nəfərə çatıb.
Son sutka ərzində 587 nəfər koronavirusdan ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 49 151 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Oxşar xəbərlər