Alimlər 150 milyon yaşı olan öd daşı tapdılar
15-07-2023, 14:04
17 155

Alimlər 150 milyon yaşı olan öd daşı tapdılar

Böyük Britaniya sahillərində naməlum canlıya aid 150 milyon yaşlı öd daşı tapılıb.
Xarici media xəbər verir ki, bundan öncə tapılmış ən qədim öd daşı qalığının 91 milyon yaşı var idi.
Alimlər dəqiq bilməsələr də, bu daşın böyük dəniz məməlisinin orqanizmində olduğunu düşünürlər. Daşın dinozavrlara məxsus olması ehtimalı istisna edilir.
Əvvəllər Misir mumiyalarının mədə-bağırsaq sistemindən də öd daşı aşkarlanaraq, çıxarılmışdı.

Oxşar xəbərlər