Qarabağda türk əsgərinin olacağı yerlər açıqlandı
17-12-2020, 13:24
263

Qarabağda türk əsgərinin olacağı yerlər açıqlandı

Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya ortaq monitorinq mərkəzi Ağdamda yerləşəcək:
“Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”. (Trend)

Oxşar xəbərlər