Dünya
16-07-2023, 18:42
10 095
Rusiyada qəfil başlayan qasırğa turistləri xəstəxanalıq etdi
Rusiyanın Altay diyarında qəflətən başlayan qasırğa turistlərin yaralanması ilə nəticələnib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlar Bolşoye Yarovoye gölünün yaxınlığında qeydə alınıb.
Görüntülərdə kurortda birdən-birə başlayan küləyin saniyələr içində güclənməsi və çadırları uçurması görünür. Bir anda ətrafda hər şey bir-birinə qarışır.
Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb: Bir yeniyetmənin qolu sınıb, daha bir turist isə kəllə-beyin travması alıb. Hər iki zərərçəkənə tibbi yardım göstərilib.
Mənbə: Gazeta.ru