Transseksualların beynəlxalq turnirlərdə iştirakına qadağa qoyuldu
17-07-2023, 11:12
758

Transseksualların beynəlxalq turnirlərdə iştirakına qadağa qoyuldu

Transseksualların qadın yarışlarında iştirakına qadağa qoyulub. 
Xarici media bildirir ki, müvafiq qərarı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) verib.
Qadağa UCI-nin bütün kateqoriyaları və müxtəlif  növlər üzrə yarışlara şamil edilir. Eyni zamanda qeyd olunur ki, söhbət yalnız yetkinlik yaşına çatdıqdan sonra cinsiyyətini dəyişən idmançılardan gedir.
Bununla belə, əvvəllər yalnız kişilər arasında olan açıq kateqoriyada velosipedçilər məhdudiyyətsiz yarışa bilərlər.

Oxşar xəbərlər