Dünya
17-07-2023, 15:30
1 106
Ən gülməli ev heyvanları
Böyük Britaniyada ən gülməli heyvan fotoları üzrə The Comedy Pet Photo Awards-2023 müsabiqəsinin finalçıları nümayiş etdirilib.
Xarici media məlumatına görə, qısa siyahıya 25 fotoşəkili daxil edilib. Şəkillərin əksəriyyəti gülməli pozalarda çəkilmiş it və pişiklərə aiddir.
Müsabiqənin münsiflər heyəti qalibi müəyyənləşdirəcək, adı avqustun 11-də açıqlanacaq. O, 500 funt sterlinq pul mükafatı və SpeedTop çantası alacaq. Bundan əlavə, avqustun 6-dək hər kəs sevimli iştirakçısına səs verə bilər. Xalqın sevimlisi "Xalqın seçimi mükafatı"nı alacaq.
Müsabiqənin yaradıcısı peşəkar fotoqraflar Pol Coynson-Hiks və Tom Sallamomdur. Onların məqsədi ev heyvanlarının həyatımızda oynadığı gözəl müsbət rolu qeyd etmək və heyvanların müdafiəsi hərəkatını dəstəkləməkdir.