Müxalifət lideri güllələndi
17-07-2023, 15:39
1 113

Müxalifət lideri güllələndi

Tanınmamış respublikanın Müxalifət Qüvvələr Birliyinin lideri Oleq Xorjan Dnestryanıda ölü tapılıb. 
Xarici media bildirir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, siyasətçinin ölümü zorakılıqla olub - o, öz evində güllələnib.



"İyulun 17-də saat 11:30 radələrində polisə Xorjan Oleq Oleqoviçin zorakılıq nəticəsində ölüm əlamətləri olan meyitinin yaşayış yerində - Sukleya kəndindəki fərdi evdə tapılması barədə məlumat daxil olub", - məlumatda bildirilib.
Siyasətçinin meyitini açıq seyfin yanında həyat yoldaşı tapıb. Seyf boş olub.

Oxşar xəbərlər