Dünya
18-07-2023, 10:46
2 400
Çexiya azərbaycanlı kriminal avtoriteti ABŞ-a təhvil verəcək
Çexiya Ədliyyə Nazirliyinin rəhbəri Pavel Blajek saxlanılan azərbaycanlı kriminal avtoritet, Gürcüstan vətəndaşı Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Çexiyanın "Pravo” qəzeti yazıb.
Polad Ömərov yaxın bir neçə gün ərzində ölkədən çıxarılmalıdır.
O, yanvar ayında beynəlxalq həbs qərarı ilə Çexiyada saxılanılıb və o vaxtdan həbsdədir. Onun saxlanmasından sonra ABŞ prokurorları İran hakimiyyəti ilə əlaqəsi olan üç Şərqi Avropa kriminal rəhbərini Amerikada yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham ediblər. Çexiya mediası Polad Ömərovun "Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına terror törədən" cinayətkar qrupun rəhbəri olduğunu iddia edib.
Gürcüstan və Qazaxıstan da onun ekstradisiyasını tələb ediblər. May ayında Praqa Şəhər Məhkəməsi Polad Ömərovun ABŞ-a ekstradisiya oluna biləcəyi barədə qərar çıxarıb.