İkinci əsrə aid bürünc əl tapıldı
18-07-2023, 12:26
2 443

İkinci əsrə aid bürünc əl tapıldı

İngiltərədə arxeoloqlar bürünc əl tapıblar.
Xarici mətbuat xəbər verir ki, tapıntı İngiltərənin şimalındakı qədim Roma düşərgəsində 1,5 metr dərinlikdə aşkar edilib. Uşaq əlinə bənzəyən 10 santimetrlik artefakt xəndəyə atılmış halda tapılıb. Arxeoloqlar bu tapıntının eramızın II əsrinə aid olduğunu iddia edirlər.
Tapılan artefakt ictimaiyyətə nümayiş etdirilib. 

Oxşar xəbərlər