Əlcəzairdə avtobus qəzası: 34 ölü, 12 yaralı
19-07-2023, 12:16
2 499

Əlcəzairdə avtobus qəzası: 34 ölü, 12 yaralı

Əlcəzairin cənubunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Əlcəzair xilasetmə xidmətinin yaydığı məlumata görə, yerli vaxtla saat 04:15-də (Bakı vaxtı ilə 07:15) Tamanrasset əyalətində sərnişin avtobusu yolsuzluq avtomobili ilə toqquşub.
Qəza nəticəsində azı 34 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər gəliblər. Qəzanın səbəbləri araşdırılır .

Oxşar xəbərlər