Bu ölkədə pişiklər arasında quş qripi yayılıb
19-07-2023, 12:28
8 088

Bu ölkədə pişiklər arasında quş qripi yayılıb

Polşada pişiklər arasında quş qripi yayılıb.
Xarici KİV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Polşa səhiyyə rəsmiləri keçən ay ölkədə qeyri-adi pişik ölümləri barədə məlumat verdikdən sonra 29 pişiyin H5N1 quş qripinə yoluxması aşkarlanıb. 
Xəstəliyə yoluxan heyvanlardan 14-nün evtanaziya edildiyi, 11-nin öldüyü açıqlanıb. Sonuncu ölüm hadisəsi iyunun 30-da qeydə alınıb.
"Hazırda pişiklərin virusa yoluxma mənbəyi məlum deyil və epizootik araşdırmalar davam edir", - ÜST-nin açıqlamasında deyilir.
Bəzi pişiklərdə tənəffüs çətinliyi, qanlı ishal və nevroloji əlamətlər kimi ağır simptomlar, bəzi hallarda isə ölüm müşahidə edilib.

Oxşar xəbərlər