Dünya
17-12-2020, 16:43
256
"Dağlıq Qarabağ Azərbaycan ərazisidir” - Putin
Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında Qarabağdakı son vəziyyətlə bağlı danışıb.
Putin jurnalistin Dağlıq Qarabağın gələcəyi ilə bağlı sualı cavablandırarkən bölgənin Azərbaycan ərazisi olduğunu bir daha bildirib.
“Beynəlxalq hüquq baxımından bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm ki, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu şərtləri nəzərə alaraq demək istəyirəm ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ da Azərbaycan ərazisidir”,- deyə Putin qeyd edib.