Krımda fövqəladə vəziyyət rejimi tətbiq edildi
20-07-2023, 12:12
2 524

Krımda fövqəladə vəziyyət rejimi tətbiq edildi

Krımın şimal-qərbindəki Razdolnoe kəndində fövqəladə vəziyyət tətbiq edilib. 
Bu barədə qondarma hökumət açıqlayıb. 
Razdolnenski rayonunun fövqəladə hallar xidməti pilotsuz təyyarənin hücumu nəticəsində bir neçə binanın zədələndiyini, bir qızın öldüyünü bildirib: "Kəndin mərkəzi, mərkəzi meydan, Mədəniyyət evi, pərakəndə satış obyektləri və restoranlar daha çox ziyan çəkib. Çoxlu kiçik mağazalara ziyan dəyib. 2008-ci il təvəllüdlü bir qız öldü, digər qurbanlar haqqında məlumat yoxdur". 

Oxşar xəbərlər