Dünya
20-07-2023, 17:37
6 632
Gürcüstandan bu il deportasiya olunan azərbaycanlıların sayı açıqlandı
Gürcüstan bu ilin ikinci rübündə 19 Azərbaycan vətəndaşını deportasiya edib.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarından 10 nəfəri azyaşlı, 2 nəfəri 18-25 yaş, 3-ü 26-40, 4-ü isə 41-65 yaş aralığındadır.
Statistikaya əsasən, bu il Gürcüstandan ümumilikdə 32 Azərbaycan vətəndaşı deportasiya edilib. Bu ilin birinci yarısında Gürcüstandan deportasiya edilənlərin əksəriyyətini Azərbaycan vətəndaşları təşkil edib.