Türkiyədə çörək yenə bahalaşdı
20-07-2023, 17:54
6 570

Türkiyədə çörək yenə bahalaşdı

Türkiyədə çörəyin qiyməti yenidən bahalaşıb. 
Türk lirəsinin getdikcə dəyər itirməsi çörəyin qiymətinə təsirsiz ötüşməyib. 
Məlumata görə, paytaxt Ankarada 200 qramlıq çörəyin qiyməti bu gündən etibarən 40% artaraq, 7 lirə (45 qəpik) civarında olub. Van şəhərində isə əvvəllər 4 TL-yə (25 qəpik) satılan 210 qram çörəyin qiyməti isə 6 lirəyə (37 qəpik) qədər yüksəlib.
Ankara Çörəkçilər Birliyindən isə bildirilib ki, qiymət artımının bundan sonra da yüksələcəyi istisna edilmir. Qurumdan verilən məlumatda qeyd olunub ki, 40% artım, həmçinin çovdar, qara, kəpəkli və ağ çörəkdə də özünü göstərib. Əvvəllər 8 (50 qəpik) lirəyə satılan çörəyin hazırkı qiyməti 10 TL (63 qəpik) civarında qərarlaşdırılıb. 

Oxşar xəbərlər