Məşhur mahnının bəstəkarının arvadı özünü öldürdü
22-07-2023, 16:48
17 456

Məşhur mahnının bəstəkarının arvadı özünü öldürdü

Müğənni və bəstəkar Jekanın (Yevgeni Qriqoryev) həyat yoldaşı Yelizaveta Krapivina intihar edib. 
Xarici medianın xəbərinə görə, onun öldüyünü musiqiçiyə yaxın mənbə və dəfn mərasimi xidməti təsdiqləyib. Məlumata görə, qadın 37 yaşında dünyasını dəyişib. Onun 11 yaşlı bir qızı var. 


Yevgeni Qriqoryev 1999-cu ildən Rusiyanın xalq artisti Qriqori Lepsin ifasında səslənən “Stolda bir stəkan araq” hitini yazdıqdan sonra məşhurlaşıb.

Oxşar xəbərlər