Türkiyədə güclü zəlzələ oldu
25-07-2023, 10:07
3 186

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Adana şəhərində 5,5 bal gücündə zəlzələ baş verib. 
Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb. 
Təbiət hadisəsi Adananın Kozan rayonunda qeydə alınıb. 
Episentri yerin 11,27 km dərinliyində olan zəlzələ, Osmaniyə və Kahramanmaraş şəhərlərində də hiss olunub. 
Dağıntılar haqqında məlumat verilməyib. 

Oxşar xəbərlər