Bu ölkədə ölüm hökmü ləğv edildi
26-07-2023, 18:34
8 015

Bu ölkədə ölüm hökmü ləğv edildi

Qana parlamenti ölüm hökmünün ləğvi ilə bağlı qanunu təsdiqləyib. 
Demokrat.az xəbər verir ki, bu barədə ölkə parlamenti dünənki iclasda  səsvermə keçirib. 
Yeni qərarla ölüm cəzası əvəzinə ömürlük həbs cəzası tətbiq olunacaq. 
Qətnamənin qüvvəyə minməsi üçün Qana Prezidenti Akufo-Addo parlamentin qərarını təsdiq etməlidir. 
Qeyd edək ki, ölkədə ötən il 176 nəfər edam cəzasına məhkum edilib. 

Oxşar xəbərlər