Dünya
27-07-2023, 10:11
2 960
Qazaxıstanda 12 gün əvvəl başlamış yanğın söndürüldü
Qazaxıstanın Abay vilayətinin Beskaraqay rayonunda iyulun 15-də başlayan meşə yanğın tamamilə söndürülüb.
TASS xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Beskaraqay rayonunda 385 hektar sahədə baş vermiş meşə yanğını tamamilə aradan qaldırılıb", - məlumatda deyilir.
İdarədən bildirilib ki, söndürmə işləri əlverişsiz hava şəraiti – havanın yüksək temperaturu, güclü külək və sıx bitən taxılların olması səbəbindən çətinləşib.