Dünya
27-07-2023, 12:26
9 538
BƏƏ-də üç günlük matəm elan edildi
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) prezident və Əbu-Dabinin hökmdarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qardaşının vəfatı ilə əlaqədar üç günlük matəm elan edilib.
Bu barədə BƏƏ-nin “WAM” xəbər agentliyi məlumat yayıb.
“BƏƏ prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan mərhum qardaşı Əlahəzrət Şeyx Səid bin Zayed Əl Nəhyan üçün yas tutur”, - prezident administrasiyasının bəyanatında deyilir.
Matəm iyulun 27-dən 29-dək davam edəcək.