Ukrayna parlamenti nazirin istefasını qəbul etdi
27-07-2023, 15:16
9 659

Ukrayna parlamenti nazirin istefasını qəbul etdi

Ukrayna parlamenti ölkənin mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenkonun istefasını dəstəkləyib. 
Bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.
Mədəniyyət Nazirliyinin rəhbərinin istefasına 321 xalq deputatı səs verib.
Yeni nazirin təyinatı ilə bağlı qərara bu həftə baxılacaq. 
İyulun 21-də Tkaçenko “müharibə dövründə mədəniyyətin əhəmiyyəti ilə bağlı yaranan anlaşılmazlığa görə” istefa verdiyini açıqlayıb. 

Oxşar xəbərlər