Dünya
31-07-2023, 14:01
1 254
Azərbaycan gimnastı Universiadada daha bir gümüş medal qazandı - YENİLƏNİB
Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova daha bir gümüş medal qazanıb.
İdmançımız bu dəfə gürzlərlə hərəkətlərin icrasında fərqlənib. Bu gün səhər isə Zöhrə halqa ilə hərəkətlərin icrasında eyni nəticəni göstərib.
11:28
Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova uğurlu çıxış edib.
O, halqa ilə hərəkətlərin icrasında gümüş medal qazanıb.
Xatırladaq ki, gimnastımız 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən XXXI Yay Universiadasında iki gümüş medal (gürzlər, çoxnövçülük) qazanıb.
Qeyd edək ki, daha əvvəl Universiadada cüdoçularımızdan Rəşid Məmmədəliyev gümüş, Yaşar Nəcəfov və Leyla Əliyeva isə bürünc medal qazanıblar.