“Vaqner”çilər miqrant adı altında Polşaya soxulur” - İddia
31-07-2023, 14:11
1 299

“Vaqner”çilər miqrant adı altında Polşaya soxulur” - İddia

“Polsat News” xəbər verir ki, bunu yerli PN telekanalının efirində keçmiş mədəniyyət naziri və Belarusun Polşa, Fransa və İspaniyadakı keçmiş səfiri, ölkədən qaçmış müxalifətçi Pavel Latuşko deyib.
O bildirib: “Polşanı yeni təlaş dalğası bürüyüb. Yerli sakinlər əmindirlər ki, Belarusdan ölkəyə qeyri-qanuni mühacirlər daxil olur, onlar, əslində. “Vaqner” qrupunun döyüşçüləridir”.
Xatırladaq ki, Polşanın Baş naziri Mateuş Moravetski ölkə silahlı qüvvələrinin Polşa-Belarus sərhədində gücləndirilməsi barədə göstəriş verib.
Bu, “Vaqner”in Kalininqrad bölgəsini Rusiyanın qalan hissəsindən ayıran Suvalki dəhlizindən keçə biləcəyi qorxusu ilə bağlıdır.

Oxşar xəbərlər