Dünya
31-07-2023, 15:57
6 702
İtaliya Çinlə münasibətlərə xələl gətirmədən “İpək Yolu”ndan çıxmalıdır - Nazir
İtaliya Çinlə münasibətlərə xələl gətirmədən Çinin "Bir kəmər, bir yol” təşəbbüsündən çıxmalıdır.
Bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto "Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.
Krozetto layihəyə qoşulmağı İtaliyanın keçmiş baş naziri Cüzeppe Konti hökumətinin mənfi nəticəyə gətirdiyi "improvizə olunmuş və ehtiyatsız" qərarı adlandırıb. Roma bu təşəbbüsə 2019-cu ildə qoşulub.
"Çin rəqibdir, amma həm də tərəfdaşdır. Biz fəlakətlər yaratmadan layihədən çıxmalıyıq. Bu hökumətin problemlərindən biri də digər hökumətlərin yaratdığı sürreal problemləri səssizcə həll etməkdir”, - deyən italiyalı nazir Pekinin dünyada "getdikcə daha iddialı mövqe” tutduğunu qeyd edib.
Bundan əvvəl İtaliyanın baş naziri Corc Meloni Çin layihəsinə qoşulmağı "ciddi səhv” adlandırıb. O, İtaliyanın G7-dən "Bir kəmər, bir yol”a qoşulan yeganə ölkə olmasına baxmayaraq, Romanın Pekinin ən böyük ticarət tərəfdaşına çevrilmədiyini vurğulayıb.
"Bu o deməkdir ki, İpək Yolu olmadan da Çinlə yaxşı münasibətlər qura bilərsiniz, Çin hökuməti ilə və İtaliya parlamentində bu müzakirə olunmalıdır. Dekabradək qərar verəcəyik”, - o, Fox News-a müsahibəsində deyib.
Daha əvvəl müzakirələrlə tanış olan yüksək səviyyəli hökumət rəsmisi Reuters-ə bildirib ki, İtaliya çox güman ki, gələn ilin əvvəlində başa çatacaq Çinlə "Bir kəmər, bir yol” sazişini yeniləməyəcək. O vurğulayıb ki, bu məsələni Pekinlə müzakirə etmək üçün Romaya vaxt lazımdır.