Dünya
31-07-2023, 17:01
6 703
Macarıstan parlamenti İsveçin NATO üzvlüyünü boykot etdi
Macarıstan parlamenti hələ də İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi təsdiq etməyib.
Buna səbəb parlamentdə səs çoxluğu olan "FİDES - Macarıstan Vətəndaş Birliyi" fraksiyasının səsvermədən imtina etməsi olub.
Bildirilib ki, deputatlar alyansın genişləndirilməsi ilə bağlı iclası boykot ediblər və orada kvorum olmayıb: "Gündəliyin təsdiqi üçün kifayət qədər səs toplanmadı. Beləliklə, görüş müxalifət partiyalarının nümayəndələri arasında fikir mübadiləsinə çevrildi".
Macarıstan parlamenti sentyabrda öz işini bərpa edəcək.