"Taliban"ın musiqi düşmənçiliyi - Alətləri yandırdılar
1-08-2023, 09:45
1 289

"Taliban"ın musiqi düşmənçiliyi - Alətləri yandırdılar

Əfqanıstanda hakim "Taliban" hərəkatı musiqinin əxlaqsızlığa səbəb olduğunu iddia edərək, yenidən musiqi alətlərinin yandırılması kampaniyasını təşkil edib.
Bu barədə BBC məlumat yayıb. 
Məlumata görə, -Qərbi Herat əyalətində tonqalda minlərlə dollar dəyərində musiqi avadanlığı yandırılıb: "Heratda yandırılan əşyalar arasında gitara, harmonium, nağara, həmçinin gücləndiricilər və dinamiklər var. Onların əksəriyyəti şəhərdəki şadlıq evlərindən müsadirə edilib".
Əfqanıstanın Əxlaq və Fəzilət Nazirliyinin rəsmisi bildirib ki, musiqi müşayiəti gəncləri çaşdıra bilər.

Oxşar xəbərlər