Fransızlar Nigerdən təxliyə edilir
1-08-2023, 11:03
1 581

Fransızlar Nigerdən təxliyə edilir

Fransanın Nigerdəki səfirliyi öz vətəndaşlarının Afrika ölkəsindən təcili təxliyəsinə başlayıb. 
Xarici media xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Nigerdəki fransızları qoruyacağına söz verib. 
"Kim vətəndaşlarımıza, orduya, diplomatlara və ölkənin maraqlarına hücum edərsə, Fransadan dərhal və barışmaz bir şəkildə cavab alacaq", - deyə Fransa lideri bildirib.
Xatırladaq ki, iyulun 30-da Nigerdə etirazçılar Fransa səfirliyinin binasını yandırıblar. Aksiya iştirakçıları binanın darvazasından səfirliyin lövhəsini qoparıblar. Nümayişçilər iyulun 26-da ölkədə hakimiyyəti ələ keçirən hərbçiləri dəstəklədiklərini bəyan ediblər. Hərbçilərin tərəfdarları mitinqə Rusiya bayraqları ilə gəliblər.

Oxşar xəbərlər