Rusiyada meduza sancmasından 13 nəfər xəstəxanaya yerləşdirildi
1-08-2023, 11:22
1 511

Rusiyada meduza sancmasından 13 nəfər xəstəxanaya yerləşdirildi

Rusiyanın Primorsk diyarında 13 nəfər meduza sancmasından xəstəxanaya yerləşdirilib. 
“RİA Novosti” xəbər verir ki, 17-66 yaş arası xəstələr həkim nəzarətində saxlanılır.
“Xəstələr son üç gündür qəbul olunub, əsas simptomları oynaq ağrıları və öskürəkdir. Onlar müalicə alır və 3-4 gün ərzində xəstəxanadan buraxılacaqlar”, - deyə Səhiyyə Nazirliyinin regional idarəsindən bildirilib.

Oxşar xəbərlər