Nobel mükafatçısı əfv edildi
1-08-2023, 11:29
1 532

Nobel mükafatçısı əfv edildi

Korrupsiyada ittiham olunan Myanmanın keçmiş Dövlət müşaviri Aunq San Suu Kyi Dövlət İnzibati Şurası tərəfindən əfv edilib. 

Müvafiq fərman Myanma Radio və Televiziyasının saytında dərc olunub.

Aunq San Suu Kyi 2016-2021-ci illərdə Myanmanın mülki hökumətinin faktiki rəhbəri olub. Hakimiyyətə gəlməzdən əvvəl o, Nobel Sülh Mükafatını qazandığı hərbi diktaturaya qarşı mübarizənin simvolu idi.

2021-ci ilin dekabrında Myanma məhkəməsi onu pandemiya dövründə iğtişaşları qızışdırmaq və sanitar standartları pozmaqda ittiham edərək 4 il həbs cəzasına məhkum edib. Bundan sonra onun həbs müddəti dəfələrlə artırılıb və bir ildən sonra o, ümumilikdə 33 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı rüşvətxorluq və seçki qaydalarını pozma ittihamları da irəli sürülüb.

Oxşar xəbərlər