Bayden və Tramp prezident seçkilərində iştirak etməyə bilərlər
1-08-2023, 11:56
1 584

Bayden və Tramp prezident seçkilərində iştirak etməyə bilərlər

ABŞ-ın hazırkı prezidenti Co Bayden və Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərə qədər prezidentlik yarışından imtina edə bilərlər.
Bu proqnozu  amerikalı senator Aleksey Puşkov Teleqram kanalında verib.
Siyasətçi qeyd edib ki, Bayden oğlu Hunterlə birlikdə getdikcə daha çox qalmaqallara, o cümlədən korrupsiya ilə bağlı qalmaqallara qarışır. 
"Bu halda, həm Tramp ittihamlarla mübarizə apara bilməsə, həm də Bayden korrupsiya iddialarına və yaxud səhhətinə görə yarışdan kənarlaşdırıla bilər", - senator yazıb.
O, hadisələrin bu cür inkişafı ilə hər iki partiyanın seçkilərə yeni namizədlər irəli sürəcəyini vurğulayıb.

Oxşar xəbərlər