İranda növbəti məhkum edam edildi
1-08-2023, 12:18
1 607

İranda növbəti məhkum edam edildi

İranda Ərak şəhər sakini Həmid Əsgəriniya adlı məhbus edam edilib.
“Hengaw” saytının bununla bağlı yaydığı xəbərə görə, zorlama ittihamı ilə edam cəzasına məhkum edilmiş Həmid Əsgəriniya Qum şəhər həbsxanasında dar ağacından asılıb.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində İranda edam edilən məhbusların sayı 354 nəfər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% artım deməkdir.

Oxşar xəbərlər