Moskvaya yeni PUA hücumları: “Təhlükə göz qabağındadır”
1-08-2023, 14:35
1 660

Moskvaya yeni PUA hücumları: “Təhlükə göz qabağındadır”

Moskvadakı obyektlərə PUA hücumu təhlükəsi göz qabağındadır, lakin tədbirlər görülür.
Interfax xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib: "Müdafiə Nazirliyinin dediklərinə əlavə edəcəyim heç nə yoxdur. Dünən də dedim ki, bunu ekspert nöqteyi-nəzərindən ancaq hərbçilər şərh edə bilər və etməlidirlər. Həqiqətən də təhlükə var, göz qabağındadır, tədbirlər görülür”.
Xatırladaq ki, Ukrayna PUA-ları eyni vaxtda bir neçə Rusiya nazirliyinin yerləşdiyi Moskva şəhərindəki IQ kvartalına zərbə endirib.

Oxşar xəbərlər