Dünya
1-08-2023, 15:58
6 967
Ukraynanın hücumları RF-in müharibə qabiliyyətini zəiflətmək məqsədi daşıyır - NYT
Hərbi analitiklərin fikrincə, Ukraynanın Rusiyaya qarşı zərbələri sadəcə cavab jestlərindən daha əhəmiyyətlidir. Bu hücumlar Kiyevin Moskvanın müharibə aparmaq qabiliyyətini zəiflətmək üzrə daha geniş strategiyasında mühüm rol oynayır.
Bu barədə "The New York Times" yazır.
Ukrayna rusiyalı hərbi planlaşdırıcılarını çətin resurs bölgüsü qərarları verməyə məcbur edə və Rusiya komandanlığı daxilində parçalanmaları gücləndirə bilərlər.
ABŞ ordusunun Avropadakı baş komandanı vəzifəsində çalışmış istefada olan general-leytenant Frederik Hocesin sözlərinə görə, rusiyalıların əsas üstünlüyü onların sayında, xüsusən də piyada və artilleriyasındadır. Bu üstünlüyü zərərsizləşdirmək üçün onların qərargahını və maddi-texniki təchizatını sıradan çıxarmaq vacibdir.
Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr Rusiyanın yüksək komandanlığı üçün problemlər yaradır, çünki Ukraynanın növbəti zərbəni hara vuracağı ilə bağlı qeyri-müəyyənliyi artırır. Kiyev həm hərbi obyektlərə, həm də Kreml üçün böyük əhəmiyyət kəsb edən simvolik strukturlara strateji zərbələr endirir. Məsələn, dronlar Avropanın ən hündür binalarının yerləşdiyi Moskva Siti kompleksinə hücum edib. Bu simvolik qüllələr bir vaxtlar Rusiyanın qlobal iqtisadiyyata inteqrasiyasının simvolu hesab olunurdusa, indi onlar Moskva ilə Qərb arasında artan münaqişənin "güzgüsünə” çevrilib.