Məşhur basketbolçu döyüldü
1-08-2023, 16:06
6 943

Məşhur basketbolçu döyüldü

Məşhur basketbolçu, 2007-ci ildə Avropa çempionu Nikita Şabalkin küçə münaqişəsi nəticəsində zərər çəkib. O, xəstəxanaya yerləşdirilib.
Xarici medianın xəbərinə görə, 36 yaşlı idmançı dünən günorta saatlarında Moskva yaxınlığındakı Ximki xəstəxanasına aparılıb. Həkimlər ona kəllə-beyin travması diaqnozu qoyublar. 
İdmançının özü deyib ki, Ximki şəhərində yaşayış ərazisində münaqişə nəticəsində zərər çəkib.
Şabalkin OMİK və "Ximki" klublarında çıxış edib. Mərkəz hücumçusu kimi oynayıb.

Oxşar xəbərlər