Çində qasırğa fəlakəti: 11 ÖLÜ
1-08-2023, 16:36
6 874

Çində qasırğa fəlakəti: 11 ÖLÜ

Çin mediası paytaxt Pekində baş verən qasırğada 11 nəfərin öldüyünü açıqlayıb. Şəhərin Mentuqu bölgəsindən 13, Çanpin bölgəsindən 10, Fanqşan bölgəsindən isə 4 nəfərin itkin düşdüyü açıqlanıb. "Doksuri” qasırğası iyulun 29-dan ölkənin qərb, cənub-qərb və cənubuna təsir edib. Digər tərəfdən, qasırğa səbəbiylə şəhərdə 127 min insanın evlərindən didərgin düşdüyü barədə məlumat paylaşılıb.

Oxşar xəbərlər