ABŞ və Fransa Afrikada uran üçün silaha sarılacaqlar
1-08-2023, 16:40
6 871

ABŞ və Fransa Afrikada uran üçün silaha sarılacaqlar

Hərbi çevrilişdən sonra Nigerdən qovulan müstəmləkə dövlətləri yeni administrasiyanı hədələyir və ev dustaqlığında olan devrilmiş prezident Məhəmməd Bazumun yenidən vəzifəyə qaytarılmasını təmin edəcəklərini bildirirlər.  
 
Xarici KİV xəbər verir ki, uranla zəngin Nigerə qarşı Amerika və Fransa qüvvələrinin təhdidləri günü-gündən artmaqdadır.
Belə ki, hərbi müdaxilədən sonra Xunta rəhbərliyinin ilk gördüyü iş Parisə uran və qızıl ixracını kəsmək olub. Bu isə atom elektrik stansiyalarında istifadə etdiyi uranın yarısını bu ölkədən təmin edən Fransanı qəzəbdəndirib.

ABŞ və Avropanın rəhbərliyi ilə fəaliyyət göstərən Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi təcili toplantı keçirib. Toplandıda bir həftə ərzində Nigerdəki bütün səlahiyyətlərin Muhammed Bazuma verilməsi tələb olunub. Bildirilib ki, əks halda konstitusiya quruluşunun bərpası üçün bütün tədbirlər görüləcək.
Qeyd edək ki, Rusiyanın dəstəklədiyi yeni administrasiyaya qonşularından dəstək gəlib. Burkina Faso və Mali istənilən xarici müdaxiləni onlara qarşı “müharibə elanı” kimi qiymətləndiriləcəyini və işğala müqavimət göstərəcəklərini bəyan edib. Əlcəzair də Nigerə qarşı hər hansı xarici müdaxilə zamanı bu ölkənin müdafiəsinə dəstək verəcəklərini bildirib.

Oxşar xəbərlər