Dünya
1-08-2023, 18:47
6 324
Rusiyada daha bir üsyan baş verə bilər - Danilov
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Aleksey Danilov Moskvaya yürüşlə Rusiya Federasiyasında daha bir qiyamın baş verə biləcəyinə eyham vurub.
Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Twitter mikrobloqunda məlumat verib.
"Kreml üçün hazırkı vəziyyət elə inkişaf edir ki, Kiyevə qarşı ikinci hücum üçün reallaşmamış arzu Moskvaya qarşı ikinci kampaniyaya hazırlaşmağın təcili ehtiyacının kölgəsində qalacaq.
Və bu hadisə çox da gec olmayacaq. Tübikdən sıxılmış pasta geri çəkilə bilməz, yəni Rusiyada narazıların müxtəlif rəngli etirazların artması buna gətirib çıxaracaq..." - Danilov vurğulayıb.
2023-cü il iyunun 23-24-də Rusiyada "Vaqner” özəl hərbi şirkətinin lideri Yevgeni Priqojin tərəfindən üsyana cəhd edilib. Priqojin xüsusən də "Ədalət marşı”na başladığını, məqsədinin Moskvaya çatmaq olduğunu bildirib. O, Rusiya hərbçilərini nazir Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun əmri ilə onun şirkətinin düşərgələrindən birinə hücum etməkdə ittiham edib.
Qiyam zamanı Rostov-Don və Voronej tutulub, bir neçə helikopter və bir hərbi təyyarə vurulub, nəticədə ən azı on rus hərbçisi məhv olub.
Vladimir Putin açıq şəkildə Priqojini dövlətə xəyanətdə ittiham edib. Lakin axşam saatlarında Aleksandr Lukaşenko ilə danışıqlardan sonra Priqojin öz yaraqlılarının Moskvaya yürüşünü dayandırıb və onlara geri dönməyi əmr edib. Bir neçə gün sonra Putin öz ordusuna və təhlükəsizlik qüvvələrinə guya qiyamın qarşısını aldıqlarına görə təşəkkür edib.