Nigerdə üsyançılar beş ölkə ilə sərhədləri açıb
2-08-2023, 11:11
900

Nigerdə üsyançılar beş ölkə ilə sərhədləri açıb

Niger Respublikasında dövlət çevrilişi həyata keçirən hərbçilər beş ölkə ilə hava və quru sərhədlərinin açıldığını elan edib.

Bu barədə "Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Belə ki, Niger Əlcəzair, Burkina-Faso, Liviya, Mali və Çad ilə sərhədləri açıb.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.

Oxşar xəbərlər