Dünya
2-08-2023, 11:12
907
Ukrayna klubunun futbolçuları zəhərlənib
Hazırda "Dnepr-1" klubuna rəhbərlik edən 40 yaşlı ukraynalı mütəxəssis Aleksandr Kuçer Çempionlar Liqasında Yunanıstan "Panatinaikos"u ilə oyundan (2:2) əvvəl komandasının futbolçularının zəhərləndiyini bildirib.
“Dünən gecə səkkiz futbolçu və yeddi klub əməkdaşı eyni anda zəhərlənib. Bütün gecəni yatmayıblar. Qarşılaşmada meydanda zəhərlənən çoxlu futbolçu var idi”, - Xarici medianın məlumatına görə, Kuçer oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
Xatırladaq ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin iki görüşünün yekunlarına əsasən, “Dnepr-1” “Panatinaikos”a 3:5 hesabı ilə məğlub olub. Növbəti turda Yunanıstan klubu “Marsel”lə qarşılaşacaq. "Dnepr-1" bundan sonra Avropa Liqasının təsnifat mərhələsində çıxış edəcək. Ukrayna klubunun rəqibi Praqa “Slaviya”sı olacaq.