Niger çerilişində Rusiyanın barmağı varmı? - Con Kirbi cavabladı
2-08-2023, 12:20
1 088

Niger çerilişində Rusiyanın barmağı varmı? - Con Kirbi cavabladı

ABŞ Niger çevrilişinin arxasında Rusiyanın dayandığına dair heç bir əlamət görmür.

"The Guardian" xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib.

Kirbi əlavə edib ki, ABŞ hökuməti Nigerdə prezident Məhəmməd Bazum hərbi çevrilişlə devriləndən sonra bu ölkədə mövcudluğuna dair qərarını dəyişməyib.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezident ofsinin rəhbərinin müşaviri Mixail Podolyak Nigerdəki hərbi çevrilişin arxasında Rusiyanın dayandığını bildirib.

Çərşənbə günü, iyulun 26-da Nigerdə general Ömər Çianinin başçılıq etdiyi Prezident Qvardiyası prezident Bazumun sarayını və bir sıra digər nazirlikləri bloklayıb. 

Üsyançılar ölkə sərhədlərini bağlayıb, komendant saatı tətbiq edib və bütün qurumların işini dayandırıb. Hərbçilər devrilmiş administrasiyanın və prezidentin "toxunulmaz" qalacağını bildirib və "istənilən xarici hökumətlərə Nigerin işlərinə qarışmamaqla" bağlı xəbərdar edib.
İyulun 28-də Çiani ölkənin dövlət televiziyasına çıxaraq özünü "Vətənin Milli Qurtuluş Şurası”nın rəhbəri elan edib.

Oxşar xəbərlər