Dünya
2-08-2023, 17:20
7 149
Çexiya prezidenti 14 nəfərin Ukraynada döyüşməsinə icazə verdi
Çexiya prezidenti Petr Pavel 14 öllə vətəndaşının Rusiya Federasiyasına qarşı döyüşmək üçün Ukrayna Silahlı Qüvvələrinə qoşulmasına icazə verib.
Bu barədə "İrozhlas" portalına Çexiya prezidentinin mətbuat katibi Marketa Rehakova məlumat verib.
Nəşr qeyd edir ki, prezidentin icazəsi olmadan çexlər üçün xarici silahlı qüvvələrdə xidmət qanunla qadağandır. Buna görə onları cinayət məsuliyyəti gözləyir.
İndiyənədək 146 Çexiya vətəndaşı Ukrayna ordusunda xidmət etmək üçün prezidentdən icazə alıb, onlardan 132-si keçmiş president Miloş Zeman verib.
Bundan əlavə, Pavel 8 nəfərin Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq xahişini rədd edib. Mətbuat katibi qərarın səbəblərini şərh etməkdən imtina edib.