Paşinyan MDB-nin iclasına qatılmayıb
18-12-2020, 15:04
183

Paşinyan MDB-nin iclasına qatılmayıb

Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etməyəcək.
Bu barədə erməni mətbuatı yazıb. Məlumata görə, buna səbəb baş nazirinin atasının vəfat etməsidir.
Qeyd edək ki, iclas videokonfrans vasitəsilə  bu gün baş tutacaq. Özbəkistan Respublikasının rəhbərliyi ilə keçirilən iclasda MDB çərçivəsində siyasi, ioqtisadi, ticarət, o cümlədən sosial və mədəni sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.
Bundan əlavə, dövlət başçıları aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Oxşar xəbərlər