"Araz-Naxçıvan" legioner transferləridən doymur
3-08-2023, 11:35
1 242

"Araz-Naxçıvan" legioner transferləridən doymur

Sabah Misli Premyer Liqasında ilk oyununa çıxacaq "Araz-Naxçıvan” transfer çalışmalarını da davam etdirir.
Klub bu gün daha bir legionerlə İqor Ribeiro ilə müqavilə imzalayıb. Futbolçu ilə birillik müqavilə imzalanıb. Braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay təmsilçisi "Takuari” olub. 26 yaşlı futbolçu buna qədər vətənində "Qama”, "Bandeirante” və "Ceilandia”da oynayıb.
Ribeiro Naxçıvan təmsilçisinin 9-cu əcnəbisidir. Klub buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşikeni də heyətinə qatmışdı.
 
Yerlilərdən isə Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev "Araz Naxçıvan"a transfer olunub.

Oxşar xəbərlər