İbrahim Tatlısesin dodaq uçuqladan varidatı AÇIQLANDI
3-08-2023, 11:40
1 239

İbrahim Tatlısesin dodaq uçuqladan varidatı AÇIQLANDI

Məşhur türküçü İbrahim Tatlıses varidatı barədə yayılan xəbərləri təkzib edib.
Sosial mediada böyük sənətkarın dodaq uçuqladan böyük sərvətə sahib olması barədə xəbərlər yer alıb.
Onun 3 villa, 6 kabab salonu, 5 lüks mənzil, televiziya şirkəti, torpaq sahələri, 25 bahalı maşın, bir lüks yaxta, bir təyyarəsinin olması barədə xəbərlər yayılıb.
İbrahim Tatlıses bu xəbərlərə öz sosial şəbəkə hesabından cavab verərək, “ Tfu, tfu göz dəyməz inşallah. Bütün bunların hamısı bizim imiş, maşallah. Desəm də inanmayın” deyə cavab verib.
Bir müddət öncə oğlu Ahmet Tatlıses ilə var-dövlət və mülk üstündə məhkəməlik olan İmperator ölümündən sonra bütün varidatını “Mehmetcik vaqfı”na bağışlayacağını bildirmişdi.

Oxşar xəbərlər